Qəzada yaralanmış FHN-in sürücüsü vəfat etdi
Yol qəzasına düşmüş Fövqəladə Hallar Nazirliyinin (FHN) sürücüsü vəfat edib. Hadisə Oğuz rayonunun Sincan kənd ərazisində qeydə alınıb. Belə ki, yanvarın 14-də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayonu DYMH-də sürücü kimi çalışan Aslan Umarov rayon ərazisində yol qəzasına düşüb. O, yanvarın 17-də saat 12 radələrində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 140
Xəbəri paylaş
Paylaş: