15 erməni əsgər Azərbaycanla sərhəddə yandı
Bu gecə, saat 01:30 radələrində Ermənistanın Göyçə mahalının Azad kəndi yaxınlığında yerləşən hərbi hissələrindən birində yanğın baş verib, nəticədə 15 əsgər ölüb, 3-ü yanıq xəsarətləri alıb. Yanğının Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Azad kəndi ərazisində yerləşən mühəndis-istehkamçı rotasının sığınacağında olduğu bildirilir. Yanğın baş verən hərbi hissə Azərbaycan sərhədinə yaxın ərazidə yerləşir. Yanğının hansı səbəbdən baş verdiyi haqda heç bir məlumat yoxdur.
Oxunub: 186
Xəbəri paylaş
Paylaş: