“ABŞ və Çin ticarət danışıqlarında nailiyyət qazanıblar” – Tramp

Bu barədə Floridada tələbələr qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz Çinə qarşı ən sərt tədbirlər tətbiq etdik və nəticədə ticarət razılaşması üzrə sıçrayışa nail oldular”, – deyə o qeyd edib.
“(Sənəd)…çox qısa zamanda imzalanacaq. Çin artıq milyardlarla dollara ABŞ-ın kənd təsərrüfatı məhsulunu alıb”, – Ağ Ev rəhbəri vurğulayıb.
“Mən dünən Si Szinpinlə (Çin Xalq Respublikasının sədri – red) telefonla danışdım”, – deyə Tramp əlavə edib. /Report
Oxunub: 412
Xəbəri paylaş
Paylaş: