Türkiyədə bütün idman yarışları dayandırıldı
Türkiyədə baş vermiş zəlzələ səbəbindən ölkədə bütün növ idman yarışlarının keçirilməsi təxirə salınıb. Bunu Türkiyənin idman naziri Mehmet Məhərrəm Qəssaboğlu deyib. “Ölkəmizdə keçiriləcək bütün idman yarışları növbəti xəbərdarlığa qədər dayandırılıb. AFAD-ın koordinasiyası ilə bütün müvafiq bölmələrimiz həyəcan vəziyyətindədir. Bir daha əziz xalqımıza başsağlığımı çatdırıram”, - nazir bildirib.
Oxunub: 143
Xəbəri paylaş
Paylaş: