Hakim cütlüyün cəsədləri tapıldı -
Qadın hamilə imiş
Dağıntılar altında qalan hakim cütlüyün cəsədləri tapılıb. Kahramanmaraşın Elbistan rayonunda baş vermiş zəlzələ nəticəsində uçan binanın altında qalan hakim cütlük Bayram və Şeyda Qorxmazın cəsədləri tapılıb. Məlum olub ki, hakim Şeyda Qorxmaz 2 aylıq hamilə imiş. Bayram Qorxmazın Elbistanda, həyat yoldaşı Şeyda Qorxmazın isə doğulduğu Karaman vilayətinin Ermenek rayonunda torpağa tapşırılacağı bildirilib.
Oxunub: 132
Xəbəri paylaş
Paylaş: