Kişilərin keçmişi ilə bağlı bu məlumatları qadınlara ötürəcək - YENİLİK
İspaniya polisi qadınlar üçün xüsusi təhlükəsizlik proqramı həyata keçirəcək.
Globall.az xəbər verir ki, polis qadınlara sevgililərinin keçmişdəki davranışı haqda məlumat verəcək. Onların son 5 ildə özlərini necə apardıqları, qadınlara qarşı zorakılıq edib-etmədikləri haqda bütün məlumatlar zərif cinsin nümayəndələrinə ötürüləcək ki, onlar kiminlə oturub-durduqları haqda səhih məlumata sahib olsunlar.
Beləliklə, qadınlar profilaktik olaraq sui-istifadə hallarından qoruna biləcəklər. Bu qərar gender əsaslı zorakılığa qarşı bir sıra nümayişlərdən sonra qəbul edilib. Təkcə dekabr ayında ölkədə 11 qadın sevgilisi tərəfindən öldürülüb.
Oxunub: 126
Xəbəri paylaş
Paylaş: