İti öldürdü, qadını isə... - Sabirabadda
ŞOK OLAY
Fevralın 20-də Sabirabad rayonu ərazisində bir nəfərin ov tüfəngi ilə küçə itini öldürməsinə etiraz edən qadını əlindəki silahla hədələməsi barədə polisə məlumat daxil olub. Globall.az xəbər verir ki, Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Şahin Qəhrəmanov müəyyən olunub. Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: