Tramp vəd verdi: Prezident seçilsəm, Putinə də, Zelenskiyə də...
Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə, Putin və Zelenskiyə zəng edəcəyini vəd edib.
Globall.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərkən, Amerika dövlətinin başçısı seçiləcəyi təqdirdə, dərhal Putin və Zelenskiyə zəng edəcəyini bildirib.
Fevralın əvvəlində Tramp bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna Silahlı Qüvvələrinə (UAF) çox hərbi yardım göndərməməlidir. Əvəzində o, ölkə rəhbərliyini sülh danışıqlarına can atmağa çağırıb. “Avropa daha çox iş görməlidir. Çünki onlar bizim gördüyümüz işin yalnız kiçik bir hissəsini görür”, - deyə siyasətçi əlavə edib.
ABŞ-ın keçmiş prezidenti bildirib ki, Vaşinqtonun Kiyevə yardımı yalnız münaqişəni uzadır.
Tramp Ukraynadakı münaqişəni bir gün ərzində həll edə biləcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, fevralın 20-də ABŞ-ın hazırkı prezidenti Co Bayden Kiyevə elan olunmamış səfər edib. “The New York Times”ın məlumatına görə, siyasətçi Ukrayna paytaxtına Polşadan qatarla gəlib.
Amerika lideri ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb, Ukraynanın ərazi bütövlüyünə sadiqliyini ifadə edib və yeni hərbi yardım paketi də daxil olmaqla, gələcək dəstəyi vəd edib.