Zenfira: Anarın maşınından 15 min manat oğurlandı
Müğənni Zenfira İbrahimova xoşagəlməz hadisə ilə rastlaşıb. Sənətçi həyat yoldaşının avtomobilindən 15 min manat pulunun oğurlandığını bildirib. O, instaqramdakı videopaylaşımında qeyd edib ki, hadisə Nərimanov rayonu ərazisində baş verib: “Həyat yoldaşım Anar Heydərovun maşınından avtoyuyucu məntəqəsində 15 min manatımız götürülüb. Şəxsiyyəti bilinməyən şəxs pulu götürüb və qaçıb. Gecədən polis həmin şəxsi axtarır, amma hələ də adam azadlıqdadır. Həmin şəxs Anarın telefonuna mesaj yazır ki, polisə şikayət etməyin, pulu qaytaracağam”.
Oxunub: 204
Xəbəri paylaş
Paylaş: