Türkiyənin zəlzələ bölgəsindən sonuncu təxliyə avtobusu Azərbaycana nə vaxt yola düşəcək?
10 mart saat 15:00-da Adana avtovağzalından sonuncu təxliyə avtobusu Azərbaycana yola düşəcək.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Təxliyə olunmaq istəyən Azərbaycan Respublikasının vətəndaşlarından 9 mart tarixinədək səfirliyə məlumat vermələri (tel: 05010318080) xahiş olunur.
Oxunub: 103
Xəbəri paylaş
Paylaş: