Amerikalı general ölkəsinin Azərbaycana yardımlarını nəzərdən keçirdi
Azərbaycanda səfərdə olan ABŞ-nin Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsini ziyarət edib. Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, briqada generalı Voqan Xəzər dənizində mühüm infrastrukturun qorunması və narkotiklərin qanunsuz daşınmasına qarşı fəaliyyətləri dəstəkləmək üçün ABŞ-nin Avropa Komandanlığının Azərbaycana göstərdiyi yardımı nəzərdən keçirib. Qeyd edək ki, Voqan bundan əvvəl Müdafiə Nazirliyində də müzakirələr aparıb.
Oxunub: 271
Paylaş: