Yunanıstan milli komandasının yeni forması ölkədə qalmaqala səbəb olub - FOTO
- FOTO
“Nike” şirkətinin futbol üzrə Yunanıstan milli komandası üçün hazırladığı yeni forma ölkədə müzakirələrə yol açıb. Solçu parlament partiyası MERA25-in yaydığı bəyanatda qeyd olunur ki, milli komandanın formasında yer alan svastika faşizmin təbliğinə xidmət edir. Qeyd edək ki, yeni ağ-mavi rənglərdən ibarət olan forma “Bütün Yunanıstan bir köynəkdə” şüarı ilə təqdim olunub. Yunanıstan Futbol Federasiyası MERA25-in açıqlamalarına hələlik cavab verməyib.
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: