Azərbaycan-Ermənistan arasında imzalanmış bəyannaməni alqışlayırıq - Quterreş
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması yolunda mühüm mərhələ kimi qiymətləndirdiyi birgə bəyannaməni alqışlayıb.
Press-fakt xəbər verir ki, Quterreş ABŞ-ın ev sahibliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan və iki ölkənin “sülh üçün yol xəritəsi” kimi xarakterizə etdiyi birgə bəyannamə ilə bağlı yazılı açıqlama verib.
Quterreş birgə bəyannamənin iki ölkə arasında münasibətlərin normallaşması yolunda mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq, bu addımı alqışladığını bildirib.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın dialoq yolu ilə etimadın qurulmasına sadiqliyini yüksək qiymətləndirdiyini bildirən Quterreş prosesin tərəqqisinə verdiyi töhfələrə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Quterreş Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəklədiklərini vurğulayıb.