Haftara son şans… 48 saat vaxt verilib -
"Hərəkətlənmə olarsa, həmin hədəf vurulacaq”
Liviyanın Tarhuna, Bəni Vəlid və Nesmə bölgələrindən cənuba doğru geri çəkilən muzdlular, hərbi avtomobillər və texnika 48 saat ərzində hədəf seçilməyəcək.
Bu barədə Liviya hökumət qüvvələrinə bağlı “Qəzəb vulkanı” əməliyyat qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, verilən vaxt ötən gecədən başlayıb və bu, Haftar muzdluları üçün son şansdır:
“Havadan bölgəyə nəzarət davam edəcək. Əgər şimala doğru hərəkətlənmə olarsa, həmin hədəf vurulacaq”./axar.az
Oxunub: 295
Xəbəri paylaş
Paylaş: