Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulacaq. "Report"un məlumatına görə, yarışın son günündə Azərbaycan millisinin 2 üzvü mübarizə aparacaq. 90 kq-da çıxış edən Vüqar Talıbov Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryanla, 100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək. Böyük Dəbilqə 90 kq 1/16 final: Vüqar Talıbov - Aram Qriqoryan (BƏƏ) +100 kq 1/8 final: Camal Qamzatxanov - İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi Qeyd edək ki, hələlik Azərbaycan yığmasının aktivində iki medal var. Kişilərdən Turan Bayramov (60 kq) turnirin qalibi, qızlardan isə Gültac Məmmədəliyeva (52 kq) 3-cü olub.