AVRO-2024: Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək
Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək. "Report"un məlumatına görə, Canni De Byazinin yetirmələri İsveç yığmasının qonağı olacaqlar. F qrupunun ilk turunda böyük hesabla məğlub olan iki komanda Solnada üz-üzə gələcək. "Frends Arena"da baş tutacaq qarşılaşmada Azərbaycan millisi Avstriyaya 1:4 hesablı məğlubiyyəti unutdurmaq niyyətindədir. Üç gün əvvəl doğma arenasında Belçikaya 3 cavabsız qolla uduzan Zlatan İbrahimoviçin komandası isə eyni məkanda ilk xallarını qazanmaq arzusundadır. AVRO-2024, seçmə mərhələ II tur 27 mart F qrupu 22:45. İsveç – Azərbaycan Baş hakim: Stefani Frappar Solna, "Frends Arena"
Oxunub: 110
Xəbəri paylaş
Paylaş: