AVRO-2024: Bu gün daha 8 oyun keçiriləcək
Bu gün AVRO-2024-ün seçmə mərhələsində II turun daha 8 oyunu keçiriləcək. "Report"un məlumatına görə, bütün qarşılaşmalar eyni saatda start götürəcək. B qrupunda Niderland millisi Cəbəllütariqi, İrlandiya yığması Fransanı qəbul edəcək. E qrupunda Albaniya Polşanın, Çexiya Moldovanın qonağı olacaq. F qrupunda Azərbaycan millisi İsveçlə, Avstriya Estoniya ilə səfərdə qarşılaşacaq. Nəhayət, G qrupunda isə Macarıstan Bolqarıstanı, Monteneqro Serbiyanı sınağa çəkəcək. AVRO-2024, seçmə mərhələ II tur 24 mart B qrupu 22:45. Niderland - Cəbəllütariq 22:45. İrlandiya - Fransa Xal durumu: Fransa - 3, Yunanıstan - 3. İrlandiya - 0 (oyun keçirməyib), Cəbəllütariq - 0, Niderland - 0 E qrupu 22:45. Polşa - Albaniya 22:45. Moldova - Çexiya Xal durumu: Çexiya - 3, Farer adaları - 1, Moldova - 1, Albaniya - 0 (oyun keçirməyib), Polşa - 0 F qrupu 22:45. İsveç - Azərbaycan 22:45. Avstriya - Estoniya Xal durumu: Avstriya - 3, Belçika - 3, Estoniya - 0 (oyun keçirməyib), İsveç - 0, Azərbaycan - 0 G qrupu 22:45. Macarıstan - Bolqarıstan 22:45. Monteneqro - Serbiya Xal durumu: Serbiya - 3, Monteneqro - 3, Macarıstan - 0 (oyun keçirməyib), Bolqarıstan - 0, Litva - 0