Abşeronda iki avtomobil toqquşub, 5 yaşlı uşaq xəsarət alıb
Abşeron rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2018-ci il təvəllüdlü Hüseynzadə Mehdi İsmayıl oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb . Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 30
Paylaş: