Bosniya və Herseqovinanın lideri: "Azərbaycan bizim üçün çox mühüm ölkədir"

"Azərbaycan bizim üçün çox mühüm ölkədir".
"Report" xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.
"Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli münasibətlərimiz də daha yüksək səviyyəyə qalxacaqdır. Çox şadam ki, biz bu məsələdə də inkişaf görürük", - Bosniya və Herseqovinanın lideri bildirib.
Oxunub: 124
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							