"Qarabağ"-"Çelsi" oyununa bilet almaq olmur - "iTicket" saytı çökdü
Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) oyununun biletləri satışa çıxan kimi iTicket.az platformasında sistem çöküb.
Azarkeşlərin böyük marağı nəticəsində sayta daxil olmaq çətinləşib, bir çox istifadəçilər biletlərin alınması zamanı texniki problemlərlə üzləşiblər.
Matçın standart biletlərinin qiymətləri 10, 15, 25, 35, 40, 50 və 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün isə 1000 manat olaraq müəyyən edilib.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək və paytaxt Bakıda böyük maraqla gözlənilir.
Press-fakt
Oxunub: 14
Xəbəri paylaş
Paylaş:





















