“O, qatildir, çox sərt adamdır...”- Trampdan qalmaqal yaradacaq AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında baş verən gərginliyi necə yoluna qoymasından danışıb. O bildirib ki, Hindistanın Baş naziri Narendra Modi və Pakistan rəhbərliyi ilə eyni vaxtda danışıqlar apararaq onları döyüşü dayandırmağa razı salıb.
Tramp deyib: “Mən Baş nazir Modiyə zəng edib dedim: “Biz sizinlə ticarət sazişi bağlaya bilmərik”.
O isə cavab verdi: “Yox, biz mütləq saziş imzalamalıyıq”.
Mən dedim: “Xeyr, siz Pakistanla müharibəyə başlayırsınız”.
Trampın sözlərinə görə, bundan sonra o, Pakistana zəng edərək bildirib: “Biz sizinlə də ticarət aparmayacağıq, çünki siz Hindistanla döyüşürsünüz. Axı siz hər ikiniz nüvə dövlətisiniz”.
Tramp əlavə edib ki, hər iki tərəf ona deyib: “Yox, siz bizə döyüşməyə icazə verməlisiniz”.
O, hər iki xalqı “döyüşkən və güclü insanlar” kimi xarakterizə edib.
Tramp Baş nazir Modi barədə də qalmaqallı fikir səsləndirib: “Baş nazir Modi mehriban insana bənzəyir. Baxırsan, elə bil müqəddəs atanı görürsən. Amma o qatil, çox sərt insandır. Dedi ki, “yox, biz vuruşacağıq”. Mən təəccübləndim, bu, tanıdığım Modi idi?”
Tramp qeyd edib ki, qısa müddət sonra tərəflər anlayış nümayiş etdiriblər: “Cəmi iki gün sonra onlar mənə zəng edib dedilər: “Biz hər şeyi başa düşdük”. Və döyüş dayandı”.
Tramp bu hadisəni misal gətirərək vurğulayıb ki, onun diplomatik təzyiqi nəticə verib və əlavə edib: “Bu inanılmaz deyilmi? Sizcə, Bayden belə edə bilərdimi? Məncə, yox”!”
Press-fakt






















