Rusiyanın ilhaq etdiyi Sevastopolda yanacaq anbarında yanğın baş verib
Rusiyanın ilhaq etdiyi Sevastopol ərazisində sahəsi min kvadratmetr olan yanacaq ehtiyat anbarında yanğın baş verib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın regiona təyin etdiyi başçı Mixail Razvojayev məlumat verib. Onun sözlərinə görə, yanğın nəticəsində xəsarət alan olmayıb: "Hadisə şəhərin Kazaçyaya Buxta mikrorayonunda yanacaq bazasında olub. İlkin məlumata əsasən, hadisə PUA hücumu nəticəsində baş verib”.
Oxunub: 164
Xəbəri paylaş
Paylaş: