Blinken Ukraynanın nə zaman əks-hücuma keçəcəyini açıqlayıb
Ukrayna ordusu qarşıdakı həftələrdə əks-hücum əməliyyatına başlayacaq. “Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Fox News” telekanalına müsahibəsində bildirib. “Biz bilirik ki, ukraynalılar qarşıdakı həftələrdə əks-hücum keçirməyi düşünürlər. Görək nə olacaq”, - diplomat bildirib. Bundan əvvəl ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Ukraynadakı müharibənin 2023-cü ildə bitməsi ehtimalının az olduğunu söyləmişdi.
Oxunub: 144
Xəbəri paylaş
Paylaş: