Çinin kosmik yük gəmisinini buraxılışı uğurlu olub
Çinin “Tyançjou-6” kosmik yük gəmisinin orbitə buraxılışı uğurlu olub. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin cənub-qərbindəki Siçuan əyalətində yerləşən Siçan kosmodromunun buraxılış mərkəzinin rəhbəri Den Huntsin bildirib. “Tyançjou-6” tam olaraq müəyyən edilmiş orbitə çıxıb, onun günəş yelkəni açılıb, gəmi normal iş rejimində işləyir. Buraxılışın uğurlu olduğunu bəyan edirəm”, - D.Huntsin Çin Mərkəzi Televiziyasının efirində deyib. Raketin buraxılışı Haynan əyalətinin şimal-şərq sahilindəki Vençan kosmodromundan, “Çançjen-7” (CZ-7) raketi vasitəsilə Pekin vaxtı ilə saat 21:22-də həyata keçirilib. Siçan kosmodromu Haynan “ulduz limanının” fəaliyyətini kurasiya edir.
Oxunub: 106
Xəbəri paylaş
Paylaş: