Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • BİLİK VƏ TƏPİK – Gərəyi və dəyəri
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: Bioloji silah, yoxsa təbii mutasiya? - ARAŞDIRMA
  • İSLAM TƏSLİMİYYƏT KİMİ (esse) - İndi gələk Qurandakı o fikrə...
  • Qara ölüm: şəhərlərin qənimi - beş min yaşı olan taun törədicisi

    • Tarix: 31-05-2020, 14:17

    file-20191104-88419-i0bxwh


    Qara ölüm qurbanlarının kütləvi məzar
    Taun heç kimə, hətta həkimlərə də qurtulmaq şansı verməyən dəhşətli xəstəlik kimi bəşəriyyətin tarixində və mədəniyyətində dərin iz qoyub. Bu xəstəlik evlərə daxil olur, ailələri qırır, şəhərləri saysız cəsədlərlə doldururdu. Onun səbəbləri və müalicə üsulları artıq bəşəriyyətə məlumdur, ancaq keçmişdə təbiblər taunun qarşısında aciz idilər. Nə astroloji bilgilər, nə də antik alimlər tərəfindən yazılmış qədim traktatları öyrənmək taundan xilas etmirdi. Lenta.ru-dan Aleksandr Yenikeyev taun pandemiyaları və onların, bəşəriyyəti infeksiyanın əsl təbiəti haqqında düşünməyə necə vadar etdiyi barədə danışır.

    Taunun törədicisinin – Yersinia pestis- izləri beş min il əvvəl, bürünc dövründə yaşamış insanların dişlərində tapılıb. Bu bakteriya bəşəriyyət tarixindəki iki ən ölümcül pandemiyaya səbəb olub, yüzminlərlə insanı yox eləyib. Xəstəlik yanğın kimi yayılıb bütöv şəhərləri boş qoyurdu, həkimlərsə ona heç bir şəkildə mane ola bilmirdilər – əksər hallarda bunun səbəbi xurafat və tibbi biliklərin aşağı səviyyədə olmasıydı. Yalnız antibiotiklərin və vaksinlərin ixtirası tauna qalib gəlməyə imkan vermişdi. Hərçənd hələ də dünyanın müxtəlif hissələrində, hətta inkişaf etmiş ölkələrdə belə, taun partlayışları olur.

    AĞILLI QATIL

    Xəstəlik soyuqdəymə ya da qrip kimi başlayır: hərarət qalxır, zəiflik və baş ağrıları meydana çıxır. İnsan naxoşluğunun səbəbinin gözəgörünməz bakterioloji bomba – daxili taun çöpləri ilə dolu birə olduğundan qətiyyən şübhələnmir. Həşərat udduğu qanı geri- damara qusmağa məcburdur. Nəticədə oqranizmə bir ordu ölümcül təhlükə daşıyan bakteriyalar daxil olur. Əgər onlar limfa düyünlərinə düşsə, xəstədə, taunun bubon forması inkişaf edir, düyünlər xeyli şişir. Orta əsrlərdə onları yandırır və deşirdilər – bu isə həm xəstəyə, həm də onun ətrafındakı insanlara zərər vururdu.
    Taunun septik forması isə taun çöpü qana düşəndə meydana çıxır və qanın damariçi laxtalanmasına səbəb olur. Laxtalar toxumaların qidalanmasını pozur, laxtalanmayan qan isə dəriyə hoparaq səciyyəvi qara səpgilər yaradır. Versiyalardan birinə əsasən, məhz, bu əlamətinə görə Orta əsrlərdə taun pandemiyasını Qara Ölüm adlandırmağa başlamışdılar.

    71GtdSRXm2L
    Piter Breygelin “Ölümün zəfəri” tablosu

    Digər formalara nisbətən septik tauna daha az rast gəlinir, lakin keçmişdə ondan ölənlərin nisbəti, az qala, 100%-ə çatırdı – o vaxtlar antibiotiklərdən hələ heç kimin xəbəri yox idi.

    Taunun ağciyər forması Qara Ölümü digər pandemiyalardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. İlk pandemiya – Yustinian taunu dövründə qanhayxırmasına dair heç bir məlumat yoxdur, amma Orta Əsrlərdə bu simptoma da bubonlar qədər tez-tez rast gəlinir. Bakteriyalar ağciyərlərə daxil olaraq pnevmoniya yaradır, xəstə taun çöplü havanı bayıra buraxır, o da başqa insanların tənəffüs orqanlarına düşür. Qara Ölüm zamanı xəstəlik insandan insana ötürülürdü və daşıyıcı kimi birələrə ehtiyac qalmırdı.

    Keçmişdə patogenin ağciyərlərə düşməsi, demək olar ki, həmişə ölümlə nəticələnirdi – antibiotik müalicəsi almayan insan iki-üç gün içində ölürdü. XIV əsrdə onmilyonlarla insanın ölümünə görə, məhz, xəstəliyin ağciyər forması məsuliyyət daşıyır.

    ÖLÜM DALĞALARI

    Bəşər tarixinə üç nəhəng taun pandemiyası məlumdur. E.ə. 541-ci ildə başlamış Yustinian taunu iki əsr ərzində bütün dünyada, təxminən, yüz milyon insanı yox etmiş və Avropanın əhalisini yarıbayarı azaltmışdı.  

    Xəstəliyin ikinci dalğası- Qara ölüm iyirmi il tüğyan etmiş və müxtəlif hesablamalara əsasən, iki yüz milyon insanın ölümünə səbəb olmuşdu. Ki, bu da onu bəşəriyyətin bütün tarixi boyunca baş vermiş qeyri-virus mənşəli ən ölümcül pandemiyaya çevirir.

    Çində başlayan və təqribən, bir əsr (1855-1960-cı illər) davam eləyən üçüncü pandemiya zamanı isə on milyondan çox insan həlak olmuşdu.
    Taunun tarixi on min il əvvəl – insanlar üçün nisbətən zərərsiz sayılan, sadəcə həzm orqanlarında yüngül pozuntu yaradan torpaq bakteriyası – Yersinia pseudotuberculosis – bir neçə mutasiyaya sahib olanda və insanın ağcıyərlərində məskunlaşmaq imkanı qazananda başlayır. Daha sonra Pla genindəki dəyişikliklər bakteriyanı həddindən artık toksikləşdirir: o, ağciyərlərdəki zülalları parçalamağı və limfatik sistem vasitəsilə bütün bədəndə çoxalmağı, bubonlar yaratmağı öyrənir. Həmçinin bu mutasiyalar ona hava-damcı yolu ilə ötürülmək imkanı qazandırır. Bir çox hallarda olduğu kimi bu epidemiyanın meydana çıxmasına da insanların bir-biri və vəhşi təbiət arasındakı sıx təmaslar səbəb olmuşdu.

    plaguedoctor

    Təqribən, dörd min il əvvəl Yersinia pestisini birələr vasitəsilə gəmiricilər, insanlar və digər məməlilər tərəfindən ötürülməyə qadir olan yüksək virulentli bakteriyaya çevirən mutasiyalar baş verir. Məməlilər üzərində parazitlik edən qansoran həşəratlar səyyahlarla birlikdə böyük məsafələrə yayılırdılar. Birələr yüklərə, ticari mallara dolurdu, buna görə də, ticarətin inkişafı pandemiyanın əsas səbəblərindən birinə çevrilir.

    Yustinian taunu Mərkəzi Asiyada yaranmış, ticari kanallarla əvvəlcə Afrikaya keçmiş, ordan da Bizansın paytaxtına – b.e-nın birinci minilliyində dünyanın mərkəzi və əhalisi sıx olan şəhərə çatmışdı. Epidemiyanın pik dövründə xəstəliyin bubon və septik formaları gündə beş minə yaxın insan öldürürdü.

    Qara ölümü taun çöpünün başqa bir ştammı törətmişdi. Bu ştamm Yustinian taununun törədicisinin birbaşa sələfi deyil.
    XIII əsrdə baş verən və kənd təsərrüfatının tənəzzülü, daha sonra isə aclıqla nəticələnən monqol işğalları pandemiyaya təkan verən səbəblərdən biri hesab olunur. Öz növbəsində xəstəliyin yayılmasında iqlim dəyişiklikləri də öz rolunu oynamışdı. Belə ki, davamlı quraqlıqlar gəmiricilərin, o cümlədən marmotların kütləvi şəkildə insan məskənlərinin yaxınlığına miqrasiya etməsinə yol açmışdı. Heyvanların sıxlığı ucbatından epizootiya – epidemiyanın heyvanlardakı analoqu- meydana çıxmışdı. Marmotların əti delikates hesab olunduğu üçün xəstəliyin insanlar arasında yayılması sadəcə zaman məsələsi idi.

    Taun əvvəlcə Asiyanı, Orta Şərqi və Afrikanı ağuşuna almış, sonra ticari gəmilərdə Avropaya daxil olmuş və təxmini hesablamalara görə, 34 milyon insanın həyatına son qoymuşdu.

    Üçüncü pandemiya 1855-ci ildə Çində bubon taununun yayılması ilə başlamışdı. Daha sonra infeksiya Antarktida xaric bütün qitələrə yayılmışdı. Epidemiyanın təbii ocağı Yunynan əyalətində idi və ora hələ də epidemioloji təhlükə daşıyan bölgə sayılır. XIX əsrin ikinci yarısında çinlilər, o vaxt böyük tələbat olan faydalı filizlərin hasilatını artırmaq məqsədilə sözügedən bölgəni məskunlaşdırmağa başlamışdılar. Lakin bu təşəbbüs insanların tauna yoluxmuş birələrin məskəni olan sarıdöş siçovullarla sıx təmasına gətirib çıxartmışdı. Şəhər əhalisinin artması və nəqliyyat yollarının yüklənməsi bubon taununun qapısını açmışdı. Xəstəlik Honqkonqdan Britaniya İrlandiyasına keçmiş, başlanğıcda bir milyon, növbəti otuz ildə isə 12,5 insanı öldürmüşdü.

    TƏHLÜKƏLİ QƏRƏZ

    Digər pandemiyalarda olduğu kimi taunun da yayılmasına infeksion xəstəliklərin təbiəti ilə bağlı həmin dövrdə hökm sürən yanlış mülahizələr yardım edirdi. Orta əsrlərdə yaşayan həkimlər üçün Hippokrat və Aristotel kimi antik mütəfəkkirlərin nüfuzu avtoritet idi və həyatını təbabətlə birləşdirmək istəyən hər kəs mütləq onların əsərlərini diqqətlə öyrənməliydi.

    plague
    İçi taun çöpləri ilə dolu olan birə

    Hippokratın prinsiplərinə əsasən, xəstəliyin yaranmasında təbii faktorlar və insanın həyat tərzi rol oynayır. Bu mülahizə öz dövründə mütərəqqi sayılırdı, çünki Hippokrata qədər xəstəliklər, bir qayda olaraq, fövqəlgüclərin müdaxiləsinin nəticəsi hesab olunurdu.

    Lakin qədim yunan həkiminin anatomiya və insan fiziologiyası ilə bağlı bilgiləri son dərəcə az idi. Ona görə də, o, hesab edirdi ki, xəstəni sağaltmaqdan ötrü ona düzgün qulluq etmək lazımdır, bu halda orqanizm özü xəstəliyin öhdəsindən gələcək.

    Universitet təhsili almış orta əsrlər həkimləri xəstəliklərin müalicəsində o qədər də təcrübəli deyildilər, ancaq yüksək statusa və nüfuza malik idilər. Onlar anatomiyanı pis bilirdilər, cərrahiyyəni isə iyrənc peşə hesab eləyirdilər. Dini avtoritetlər cəsədlərin yarılmasına qarşı çıxırdılar, buna görə də, Avropada insan bədəninin quruluşuna diqqət ayıran universitetlər çox az, təməl tibbi prinsip isə humorlar nəzəriyyəsi idi. Bu nəzəriyyəyə əsasən, insanın sağlamlığı dörd mayenin balansından asılıdır: qan, limfalar, sarı öd və qara öd.

    Orta əsrlərdə nəzəriyyəçi həkimlərin əksəriyyəti Aristotelin prinsipinə inanırdılar. Aristotelə görə, taunu miazmalar – havanı “korlayan” buxarlar yaradırdı. Bəziləri hesab edirdi ki, miazmalar səmavi vücudların əlverişsiz yerləşməsi ucbatından əmələ gəlir, digərləri hər şeyin təqsirini zəlzələdə, bataqlıqlardan əsən küləkdə, iyrənc peyin qoxusunda və çürüyən cəsədlərdə görürdülər. 1365-ci ilə aid tibbi traktatların birində iddia olunurdu ki, humoral nəzəriyyəni və astrologiyanı bilmədən taunu müalicə etmək mümkün deyil və sadalananları bilmək həkim üçün çox vacibdir.

    r1443615_20922129
    Taun çöpləri

    Taunla mübarizədə görülən profilaktik tədbirlərin hamısı guya cənubdan gələn zəhərli havanın uzaqlaşdırılmasından ibarət idi. Həkimlər pəncərələri şimala açılan evlər tikməyi tövsiyə edirdilər. Həmçinin dəniz sahillərindən uzaq durmaq lazım idi, çünki taun epidemiyalarının liman şəhərlərində başlaması faktı nüfuzlu tibb xadimlərinin gözlərindən yayınmamışdı. Lakin onların ağlına belə gəlmirdi ki, xəstəlik ticarət yolları ilə yayılır, dəniz havasında süzmür. Tauna yoluxmamaq üçün nəfəsi tutmaq, parçadan nəfəs almaq, ya da ətirli otlar yandırmaq məsləhət görülürdü. Xəstəlikdən qorunma vasitəsi kimi parfümeriyadan, bahalı daş-qaşlardan və qızıl kimi metallardan istifadə olunurdu.

    Hesab edilirdi ki, bubonlarda taun zəhəri var və onu mütləq çıxartmaq lazımdır. Yaraları deşir, yandırır, zəhəri soran məlhəm sürürdülər. Amma bunları eləyərkən ətrafdakılara da yoluxan bakteriyaları sərbəst buraxırdılar. Həkimlər guya bütün zəruru qorunma tədbirlərini görsələr də, çoxları ölürdü. Tətbiq edilən müalicənin yararsız olduğunu anlayan digər qisim isə öz məsləhətlərinə əməl eləyərək şəhərdən qaçırdılar. Hərçənd taun onları xəstəliyin ocağından uzaq yerlərdə də yaxalayırdı.

    Taun orta əsrlər təbabətinin tamamilə aciz olduğunu nümayiş etdirsə də, həkimlər qədim avtoritetlərdən asılılıq bağlarını qırmağa, öz müşahidə və təcrübələrinin tətbiqinə o qədər də tez nail ola bilməmişdilər.

    YENİ ERA

    Azadlıqsevər vətəndaşların və tacirlərin daimi etirazlarına baxmayaraq, xəstəliklə mübarizədə tətbiq olunan azsaylı, lakin yararlı metodlardan biri karantin olmuşdu (uğurluluq dərəcəsi dəyişkən olsa da). Venesiyada gəmilərin limana girişi müvəqqəti məhdudlaşdırılmışdı və məhdudiyyət 40 gün çəkmişdi (“karantin” sözü italyanca “quaranta giorni” – “40 gün” sözündən yaranıb). Eyni məhdudiyyət tauna yoluxmuş ərazilərdən gələn insanlara da tətbiq olunmuşdu. Şəhər şuraları sırf xəstəliyin müalicəsi ilə məşğul olmaq üçün həkimlər – taun həkimləri – tutur, daha sonra onlar da karantinə göndərilirdi.

    Digər tərəfdən aparıcı nəzəriyyəçilərin bir çoxu pandemiya ucbatından həlak olduğuna görə, təbabət yeni ideyalara qapı açmaq imkanı qazanmışdı. Universitet təbabəti müvəffəqiyyətsizliyə uğramışdı. Odur ki, insanlar daha çox praktik fəaliyyət göstərən mütəxəssislərə müraciət etməyə başlamışdılar. Cərrahiyyə inkişaf etdikcə insan bədəninin bilavasitə öyrənilməsinə daha çox diqqət ayrılırdı. Tibbi traktatlar latın dilindən geniş auditoriya üçün əlçatar olan dillərə tərcümə edilirdi. Ki, bu da ideyaların yenidən gözdən keçirilməsinə və inkişafına təkan verirdi.
    Yəni ümumi götürəndə, pandemiya səhiyyə sisteminin inkişafına şərait yaratmışdı.

    Taunun əsl səbəbi – Yersinia pestis – Qara ölümdən bir neçə əsr sonra kəşf olundu. Buna, XIX əsrdə bir çox xəstəliklərin səbəblərinə dair baxışlarda çevriliş etmiş Lui Pasterin mütərəqqi ideyalarının alimlər arasında yayılması kömək etdi. Mikrobiologiyanın əsasını qoymuş L.Paster sübut elədi ki, yoluxucu xəstəlikləri miazmalar və orqanizmdə balansların pozulması yox, mikroorqanizmlər törədir. Alim sibir xorasının, vəbanın, quduzluğun müalicə üsullarını kəşf etdi və yarandığı vaxtdan etibarən təhlükəli infeksiyalarla mübarizənin mərkəzinə çevrilən Paster institutunun əsasını qoydu.

    Oxunub: 633
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.