Avropa Liqası: Yarımfinal mərhələsinə İtaliyada start veriləcək
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək. "Report"un məlumatına görə, raundun hər iki qarşılaşması eyni gündə keçiriləcək. İtaliyada baş tutacaq matçlarda "Yuventus" İspaniya "Sevilya"sını, "Roma" isə Almaniyanın "Bayer" klubunu qəbul edəcək. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab oyunları mayın 18-də olacaq. UEFA Avropa Liqası 23:00. "Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya) 23:00. "Roma" (İtaliya) - "Bayer" (Almaniya)
Yarımfinal, ilk oyunlar
11 may
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, "Yuventus" stadionu
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: