HƏMAS danışıqlara davam etmək üçün 250 yardım TIR-ı istədi - İDDİA
HƏMAS-ın İsrailin blokadası səbəbiylə humanitar fəlakət yaşandığı Qəzza zolağına gündəlik 250 yük maşını humanitar yardımın buraxılmasını tələb etdiyi iddia edilib.
Danışıqlardan xəbəri olan israilli mənbə “The Jerusalem Post”a bildirib ki, HƏMAS humanitar yardım axınını atəşkəs və məhbus mübadiləsi danışıqlarının davam etdirilməsi üçün şərt qoyur.
Bildirilib ki, HƏMAS humanitar yardım tələbini vasitəçi ölkələrə çatdırıb.
İsrail beynəlxalq təzyiqlər nəticəsində tətbiq etdiyi blokadanın böyük humanitar fəlakətə və aclıqdan ölənlərə səbəb olduğu Qəzza zolağına humanitar yardımın buraxılması üçün bəzi addımlar atacağını iddia etmişdi.
Press-fakt
Oxunub: 9
Xəbəri paylaş
Paylaş: