Rusiyada avtomobil qəzaya uğrayıb, 5 nəfər ölüb
Rusiyanın Krasnoyarsk diyarının Şuşenski rayonunda avtomobilin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsi teleqram kanalında məlumat verib. Hadisə mayın 11-də səhər saatlarında Kaptırevo qəsəbəsi ilə Subbotino kəndi arasında baş verib. Bildirilib ki, avtomobil qəzası nəticəsində 3-ü qadın, 2-si kişi olmaqla 4 sərnişin və 1 sürücü ölüb.
Oxunub: 124
Xəbəri paylaş
Paylaş: