Türkiyədə 13 avtomobil toqquşub, ölən və yaralananlar var
Türkiyənin Adana şəhərinin Pozantı rayonunda 2-si polis maşını olmaqla 13 avtomobil toqquşub. Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, zəncirvari qəzada 7 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər göndərilib. Yaralılar Adana ve Pozantıdakı xəstəxanalara çatdırılıblar. Qeyd edilir ki, qəzada ölənlərdən birinin qohumu hadisədən sonra təcili yardım maşınını qaçırıb.
Oxunub: 127
Xəbəri paylaş
Paylaş: