İsrail “İslami-cihad”ın daha bir liderini zərərsizləşdirib

İsrail hərbçiləri “İslami-cihad” silahlı qruplaşmasının raket qüvvələrinin rəhbəri Əbu Dekanı və onun müavinini zərərsizləşdirib.
Bu barədə “Report”
ə istinadən xəbər verir.Nəşr yazır ki, zərərsizləşdirmə əməliyyatı Qəzza zolağından atılan raketlərin israilli mülki şəxsi öldürməsindən sonra həyata keçirilib. Həmçinin qeyd edilir ki, bu, son üç gündə “İslami-cihadın” yüksək rütbəli beşinci şəxsinin ölümüdür.
Xatırladaq ki, mayın 9-da səhər saatlarında İsrail hərbi əməliyyata başlamaqla “İslami-cihad”ın üç komandirini öldürüb.
Buna cavab olaraq Qəzza zolağından İsrail şəhərlərinə yüzlərlə raket atılıb.
Oxunub: 136
Xəbəri paylaş
Paylaş:




















