Türkiyədə yük maşını avtomobillərlə toqquşub, ölənlər və yaralananlar var
Türkiyənin Hatay şəhərində 9 avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə İskəndərun-Antakya avtomobil yolunda baş verib.
Bildirilib ki, əyləcləri sıradan çıxan yük maşını 8 avtomobillə toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər yaralanıb.
Oxunub: 131
Xəbəri paylaş
Paylaş: