Böyük Britaniya mütəxəssisləri bu yay ukraynalı pilotların təliminə başlayacaqlar
Bu yay Böyük Britaniya F-16 təyyarələrinə keçid üçün xüsusi proqram çərçivəsində ukraynalı pilotların təliminə başlayacaq. Bu barədə Böyük Britaniya hökumətinin mayın 15-də verdiyi bəyanatda deyilir. “Bu yay biz ukraynalı pilotlar qrupunun baza təlimi üçün ilkin uçuş mərhələsinə başlayacağıq”, - deyə hökumətin bəyanatında deyilir. Xatırladaq ki, Baş nazir Rişi Sunak hələ fevral ayında Britaniyanın yeni Hərbi Hava Qüvvələri yaratmaq yolunda Ukraynanın səylərini dəstəkləmək üçün yerli pilotlara NATO standartlarına uyğun F-16 təyyarələri ilə yeni təlim proqramı hazırlayacağını bəyan edib.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş: