Çilidə infeksiyaya yoluxma sayı 100 minə yaxınlaşır
Çili Səhiyyə Nazirliyi koronavirus üzrə statistikanı yeniləyib.
Bu barədə “RİA Novosti” xəbər verir.
Nazirliyin məlumatına görə, ölkədə bir gün ərzində koronavirusa 4 830 yeni yoluxma aşkarlanıb. Son sutkada daha 57 nəfər COVID-19-dan ölüb.
Qeyd edilir ki, koronavirusun aşkarlandığı şəxslərin sayı 99 688-ə çatıb.
Müalicə alan 1 054 pasiyentin həyatını xilas etmək mümkün olmayıb, 42 727 xəstə sağalıb.
Oxunub: 257
Xəbəri paylaş
Paylaş: