Sakit okeanda 7,7 maqnitudada zəlzələ baş verib
Sakit Okeanın Yeni Kaledoniya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Numea şəhərindən 416 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 45 km dərinlikdə olub. Zərərçəkənlər və dağıntılar barədə hələ məlumat yoxdur.
Oxunub: 92
Xəbəri paylaş
Paylaş: