Livan ordusu “Əl-Qaidə” liderini həbs edib
Livan ordusu paytaxt Tripolinin şimal-şərqində yerləşən Deir Ammar şəhərində “Əl-Qaidə” terror təşkilatının liderini həbs edib. “Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, Livan ordusu “Əl-Qaidə”nin ən görkəmli liderlərindən biri və onun Livandakı hücrələrinin qurucusu olan “TM” adı ilə tanınan terrorçunu ələ keçirib. “TM” Livanda fəaliyyət göstərən “Fəth əl-İslam” terror təşkilatının yaradılmasında əsas rol oynayıb.
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: