Xırdalanda manyak peyda olub
Xırdalanda seksual manyak peydə olub. Lent.az-ın məlumatına görə, 21 yaşlı qız polisə müraciət edərək bir neçə gün əvvəl yaşadığı evə pəncərədən daxil olmuş naməlum kişinin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib. Həmin kişi qızın səs-küy saldığını görərək hadisə yerindən qaçıb. Daxil olan şikayət əsasında Abşeron rayon polis idarəsi tərəfindən araşdırmalara başlanılıb. Hazırda polis qızın evinə girərək seksual hərəkətlər edən kişini axtarır.
Oxunub: 71
Xəbəri paylaş
Paylaş: