Dilənçi geyimi geyən müxbir şəhərin mərkəzində 1 saata 23 manat yığdı
Türkiyədə jurnalist maraqlı addım atıb.
“CNN Türk” kanalının müxbiri Sema Akbulut İstanbulun mərkəzində dilənib.
Müxbir dilənçilərin 1 saatda nə qədər pul qazandığını müəyyənləşdirib. Sema Akbulut dilənərək insanlardan yardım istəyib.
1 saat ərzində müxbir 82 TL (23 AZN) qazanıb. Müxbirin təcrübəsiz olduğunu nəzərə alsaq 1 saatda dilənçilər daha çox pul qazana bilir. Bu isə ay ərzində çox böyük məbləğ edir.
Müxbirin bu addımı Türkiyədə çox böyük marağa səbəb olub./day.az/
Oxunub: 523
Xəbəri paylaş
Paylaş: