“Araz Naxçıvan”dan göndərilən braziliyalı mütəxəssis Azərbaycan millisini də tərk edir
“Araz Naxçıvan” futzal klubunu tərk edən Joze Alesio Azərbaycan milli komandasından da ayrılacaq. Oxu.Az-ın əldə etdiyi məlumata görə, braziliyalı mütəxəssisin klubla yanaşı, milli ilə də müqaviləsi başa çatıb. Ənənəyə əsasən, yığma komandanın bazasını təşkil edən “Araz Naxçıvan”ın çalışdırıcısı bir qayda olaraq milliyə də rəhbərlik edir. Beləliklə, Vitali Borisov “Araz Naxçıvan”la yanaşı, ölkənin əsas komandasının da baş məşqçisi olacaq. Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov Oxu.Az-a açıqlamasında Alesionun milli komanda ilə müqaviləsinin başa çatdığını təsdiqləyib: “Yekun qərarı isə AFFA İcraiyyə Komitəsi verəcək”, - M.Məmmədov qeyd edib.
Oxunub: 62
Xəbəri paylaş
Paylaş: