Xırdalan parkında DƏHŞƏT: Attraksiondan yıxılan qadın xəstəxanada öldü
Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Minayə Rasim qızı Nuriyeva iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb. Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən beş qoşqudan ibarət, delfinşəkilli karuselin ikinci qoşqusundan yıxılıb. O, qarnın küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub. M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.
Oxunub: 72
Xəbəri paylaş
Paylaş: