Yeni üfüqlər: AZAL Azərbaycan və Qırğızıstanın paytaxtlarını birləşdirəcək
AZAL iyulun 15-dən etibarən Bakıdan Qırğızıstanın paytaxtına və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq. Bakı-Bişkek marşrutu üzrə uçuşlar aviaşirkət tərəfindən həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Bakı-Bişkek-Bakı marşrutu üzrə reysin icra olunması Azərbaycan və Qırğızıstan arasında turizm və işgüzar səfərlər üçün sərnişinlərin imkanlarını genişləndirəcək, eyni zamanda Bakının tranzit potensialının inkişafına töhfə verəcək. AZAL-ın reyslərinə biletləri artıq rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.
Dağlarla əhatə olunmuş Bişkek parlaq mədəniyyəti, milli adət-ənənələri və qonaqpərvərliyi ilə məşhurdur.
Oxunub: 91
Xəbəri paylaş
Paylaş: