Gəncədə narkotik vasitənin təsirindən ölən kişinin meyiti tapıldı

Gəncədə evdən meyit aşkarlanıb.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1986-cı il təvəllüdlü Natiq Abbasovun meyiti aşkarlanıb.
Məlumata görə, 37 yaşlı kişi narkotik vasitənin təsirindən ölüb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 81
Xəbəri paylaş
Paylaş:





















