Paşinyan:
“Ermənistanda 100 mindən çox koronavirus xəstəsi var"
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə koronavirus xəstələrinin sayının 100 mini ötdüyünü deyib.
Bu barədə hökumət başçısı özünün “Facebook”dakı səhifəsində bildirib.
“Bu datoloji analiz göstərir ki, hazırda Ermənistanda 100 mindən çox (koronavirusa-red) yoluxmuş insan var”, – baş nazir deyib.
Ermənistanda koronavirusa qarşı mübarizə üçün martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət elan edilib. Bu günə olan rəsmi məlumata görə, ölkədə 13 130 COVID-19 xəstəsi var. İndiyədək virusa yoluxmuş 4 014 nəfər sağalıb, 200 nəfər pandemiyanın qurbanı olub/Report.
Oxunub: 353
Xəbəri paylaş
Paylaş: