Abşeronda 18 yaşlı oğlan qətlə yetirildi
İyulun 22-də saat 17:30 radələrində Abşeron rayonu “Mexkalon” adlanan yaşayış massivində 2005-ci il təvəllüdlü Sərdar Sərxan oğlu Abbasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Fərid Nafiz oğlu Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.
Oxunub: 137
Xəbəri paylaş
Paylaş: