İşıqsız işıqforlar...
Bakının Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində yerləşən işıqforlar işləmir.
Globall.az Xəzər TV-yə istinadən bildirir ki, sürücülər deyir ki, işıqforlar aylar öncə quraşdırılsa da, rənglərini görmək onlara qismət olmayıb.
Elə bu səbəbdən tez-tez qəzalar baş verir. İşləməyən işıqforlar həm sürücülərə, həm də piyadalara təhlükə yaradır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən ərazidə texniki işlər aparılır və yekunlaşmayıb.
Oxunub: 131
Xəbəri paylaş
Paylaş: