Rusiya ordusu əvvəl dünyada ikinci idi, indi isə... - Stoltenberq
Qərb liderləri yadda saxlamalıdır: Əvvəllər Rusiya ordusu dünyada ikincisi idisə, indi Ukrayna ordusu ikincidir.
Globall.az bildirir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
"Bunu mümkün edən Ukrayna əsgərlərinin cəsarəti, iradəsi, fədakarlığı və əzmidir. Bizə həm də başlanğıc nöqtəsini də xatırlamaq lazımdır. 2022-ci il fevralın 24-də genişmiqyaslı müharibə başlayanda əksər ekspertlər bizə "Kiyev bir neçə günə, Ukrayna isə bir neçə həftəyə çökəcək" deyirdilər", - Stoltenberq bildirib.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: