Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanları HANSI CƏRİMƏLƏR gözləyir?
Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma hallarına görə İnzibatı Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur.
Globall.az-ın xəbərinə görə, bu barədə Dövlət Vergi Xidmətindən Milli.Az-a bildirilib ki, bu halda fiziki şəxslərə 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslərə 5 min manatdan 10 min manatadək, hüquqi şəxslərə isə 20 min manatdan 30 min manatadək maliyyə sanksiyası tətbiq edilir.Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olan şəxsləri isə 400 manatdan 600 manatadək maliyyə sanksiyası gözləyir
Oxunub: 104
Xəbəri paylaş
Paylaş:





















