Gəncədə çökmə təhlükəsi ilə üzləşən ticarət mərkəzindən insanlar təxliyə edildilər - YENİLƏNİB
Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi Univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.
10:58
Gəncə şəhərində ticarət mərkəzinin bir hissəsində çökmə olub.
Globall.az Report-a istinadən bildirir ki, çökmə “Univermaq” binasında qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 107
Xəbəri paylaş
Paylaş: