Qəzzada HƏMAS-ın 80-dən çox hədəfi dağıdıldı
İsrail Silahlı Qüvvələri dünən gecə Qəzza zolağının Beyt-Hanun şəhərində HƏMAS-ın 80-dən çox hədəfinə zərbə endirib.
Globall.az Trend-ə istinadən bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Ordunun Telegram kanalında dərc edilən mesajda deyilir: "Gecə ərzində döyüşçülər Qəzza zolağında Beyt-Hanunda 80-dən çox hədəfi vurub.
Hədəflər arasında İsrail ordusunun HƏMAS tərəfindən istifadə edildiyini bildirdiyi iki bank şöbəsi, tunel və HƏMAS-ın iki əməliyyat idarə mərkəzi olub".
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib