Türkiyə AVRO-2024-ə vəsiqə qazandı
AVRO-2024-ün seçmə mərhələsində VIII tura start verilib. Globall.az xəbər verir ki, bu gün dörd qrupda ümumilikdə 8 oyun keçirilib. D qrupunda yer alan Türkiyə millisi doğma arenasında Latviyanı böyük hesabla məğlub edərək, final mərhələsinə vəsiqə qazanıb. A qrupundan da iki komanda Almaniyada təşkil olunacaq qitə birinciliyinə yollanmaq hüququna yiyələnib. İspaniya səfərdə Norveçi məğlub etməklə həm özünün, həm də Şotlandiyanın AVRO-2024-də iştirakını rəsmiləşdirib. AVRO-2024-ün seçmə mərhələsi A qrupu D qrupu E qrupu İ qrupu
VIII tur
15 oktyabr
Gürcüstan - Kipr - 4:0
Norveç - İspaniya - 0:1
Xal durumu: İspaniya - 15 xal (6 oyun), Şotlandiya - 15 (6), Norveç - 10 (7), Gürcüstan - 7 (6), Kipr - 0 (7)
Türkiyə - Latviya - 4:0
Uels - Xorvatiya - 2:1
Xal durumu: Türkiyə - 16 (7), Uels - 10 (6), Xorvatiya - 10 (6), Ermənistan - 7 (6), Latviya - 3 (7)
Çexiya - Farer adaları - 1:0
Polşa - Moldova - 1:1
Xal durumu: Albaniya - 13 (6), Çexiya - 11 (6), Polşa - 10 (7), Moldova - 9 (6), Farer adaları - 1 (7)
İsveçrə - Belarus - 3:3
Rumıniya - Andorra - 4:0
Kosovo - İsrail oyunu təxirə salınıb.
Xal durumu: Rumıniya - 16 (8), İsveçrə - 15 (7), İsrail - 11 (6), Kosovo - 7 (7), Belarus - 6 (8), Andorra - 2 (8)