ABŞ-dan Yaxın Şərqə əlavə müdafiə addımı
ABŞ İsrail-Həmas münaqişəsi ilə gərginliyin artdığı Yaxın Şərqdəki bazalarını gücləndirmək qərarına gəlib.
Globall.az turkustan.az-a istinadən xəbər verir ki, Müdafiə naziri Lloyd Austin bölgədəki bazalarda əlavə müdafiə batareyalarının yerləşdiriləcəyini açıqlayıb. “Terminal Yüksək Hündürlük Sahəsi Müdafiəsi (THAAD) batareyasının və əlavə Patriot batalyonlarının Yaxın Şərqdəki yerlərə yerləşdirilməsinə əmr verdiyini” ifadə edən Lloyd buna səbəb kimi “son günlərdə ABŞ əsgərlərinə qarşı artan hücumları” göstərib. Bəyanatda o da bildirilir ki, bu qərar “İran və onun qüvvələri tərəfindən Yaxın Şərqdə gərginliyin artması ilə bağlı ABŞ prezidenti Co Baydenlə ətraflı müzakirələrdən sonra” qəbul edilib.
ABŞ-lı nazir bölgəyə əlavə hərbçilərin yerləşdiriləcəyini də açıqlayıb, lakin onların sayını açıqlamayıb. Pentaqon daha əvvəl 2 min əsgərin bölgəyə getməyə "hazır" olmasını əmr etmişdi. Ötən həftə Yəməndə Amerika hərbi gəmisinə qarşı atılan 10-dan çox pilotsuz təyyarə vurulub, ən son isə İraqda Amerika əsgərlərinin yerləşdiyi hava bazasına raket hücumu həyata keçirilib. HƏMAS-ın İsrailə hücumlarından qısa müddət sonra ABŞ İsraili dəstəkləmək üçün Şərqi Aralıq dənizi bölgəsinə iki hərbi gəmi yerləşdirib.